Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb: Diplomatik mənbə

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən “zərərsizləşdirilib” və dindirilib.
"Haqqin.az" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən nüfuzlu Middle East Eye qəzetinin müxbiri Raqip Soylu məlumat verib.
Məlumata görə, 44 günlük müharibə zamanı Ankara təkcə Azərbaycanı döyüş pilotsuz təyyarələri, elektron döyüş sistemləri, kəşfiyyat vasitələri ilə təmin etməyib. Türkiyə rəsmiləri də Azərbaycan ordusunun sıralarında rusiyapərəst ünsürlərin müəyyən edilməsində iştirak ediblər.
"Bu "ünsürlərdən" biri Rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Vəziyyətlə tanış olan mənbə MEE-yə bildirib ki, Türkiyə hakimiyyəti müharibə zamanı onun deportasiyasını təşkil edib, dindirilmək üçün Türkiyəyə gətirib və yalnız bundan sonra Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qayıtmasına icazə verib".
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 13:26