mobil versiya

"Cəhənnəmin qapıları açılacaq": İsrail Qəzza şəhərini məhv etməklə hədələyib




İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın tərksilah etməyə, ərazidə qalan bütün girovları azad etməyə və İsrailin şərtləri ilə müharibəyə son qoymağa razı olmadığı təqdirdə Qəzza şəhərini məhv edəcəyinə söz verib.

Katz sosial mediada yazıb: “Tezliklə Qəzzada HƏMAS-ın qatilləri və təcavüzkarlarının başları üzərinə cəhənnəmin qapıları açılacaq – onlar İsrailin müharibəni dayandırmaq, ilk növbədə bütün girovların azad edilməsi və silahsızlaşdırılması şərtləri ilə razılaşana qədər. Əgər onlar razı olmasalar, Qəzza şəhəri məhv ediləcək”.

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:35