mobil versiya

İsrail şərtini açıqlayıb



HƏMAS qruplaşması bütün əsirləri azad etməyənədək İsrail Qəzza sektoruna işıq və su verilişini bərpa etməyəcək.
İsrailin energetika naziri İsrael Kats bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
“Əsir götürülən İsrail vətəndaşları azad edilməyənə qədər Qəzza sektoruna nə işıq, nə su, nə də yanacaq daxil olmayacaq. Humanitar addımlar qarşılıqlı olmalıdır. Heç kəs bizə əxlaq dərsi keçməsin”, - deyə İsrael Kats bildirib.
Türkiyənin “Takvim” qəzeti yazır ki, say dəqiq bilinməsə də, HƏMAS-ın azı 150 israillini əsirlikdə saxladığı ehtimal olunur.
Oktyabrın 7-də HƏMAS hərəkatının İsrail ərazilərinə hücumlarına cavab olaraq yəhudi dövləti Qəzza sektoruna elektrik, su, və yanacaq verilməsini tam dayandırıb. Son məlumata görə, döyüşlər və bombardmanlar nəticəsində 1,5 min israilli və 1,2 min fələstinli həlak olub.

KARUSEL / DÜNYA
Tarix: 12-10-2023, 13:04