mobil versiya

1000-ə yaxın alpinist qar fırtınası səbəbindən Everestdə qapalı qalıb



Son illərin ən şiddətlisi olan güclü qar fırtınası Everestin şərq yamacını vurub.

Bu barədə Bild xəbər verir.

Təxminən 1000 alpinist dağın Tibet tərəfində 4900 metrdən çox yüksəklikdə tələyə düşüb. Çadırlar qarla tamamilə basdırılıb, hətta dağılıb, görünürlük bir metrdən də aşağı düşüb.

Çin dövlət mediasının məlumatına görə, hazırda ərazidə yerli xilasedicilər, sakinlər və bələdçilərin iştirakı ilə genişmiqyaslı xilasetmə əməliyyatı aparılır.

Qonşu Nepal da fırtınadan zərər çəkib: Cümə günündən bəri leysan yağışları və daşqınlar nəticəsində 47 nəfər ölüb.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 6-10-2025, 12:53