mobil versiya

ÜST Hindistandan ölümlə əlaqəli öskürək siropunun ixrac edilib-edilməməsinə aydınlıq gətirilməsini istəyib





Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda ölümlə əlaqəli öskürək siropunun başqa ölkələrə ixrac edilib-edilməməsi ilə bağlı Yeni Dehlidən aydınlıq istəyib.

Bu barədə qobal səhiyyə agentliyi Reuters-ə bildirib.

ÜST, Hindistan səlahiyyətlilərindən rəsmi təsdiq aldıqdan sonra Coldrif siropu ilə bağlı Qlobal Tibbi Məhsullar Xəbərdarlığına ehtiyacı qiymətləndirəcəyini söyləyib.

Rəsmilərin dediyinə görə, Hindistanda beş yaşından kiçik ən azı 17 uşaq son bir ayda tərkibində zəhərli dietilen qlikol birləşməsini icazə verilən hədddən 500 dəfə çox miqdarda öskürək dərmanı qəbul edərək ölüb.

Reportyor.az


KARUSEL / DÜNYA
Tarix: 8-10-2025, 13:39