mobil versiya

Hindistanda son 5 ayda ən yüksək yoluxma qeydə alınıb



Hindistanda koronavirusa yoluxan xəstələrin sayı artmaqda davam edir, son sutka ərzində 62,7 min yeni pasiyent qeydə alınıb ki, bu da son 5 aydakı ən yüksək yoluxma göstəricisidir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Hindistan aşkar olunan yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 11,97 milyon COVID-19 pasiyenti qeydə alınıb. Digər yandan, 11,32 milyondan çox insan xəstəliyə qalib gəlib, təxminən 486 min nəfər müalicə almaqda davam edir, 161 min insan koronavirus və yanaşı xəstəliklərdən ölüb.

Daha əvvəl Hindistanın səhiyyə nazirinin birinci müavini Raceş Bhuşan hökumətin Maharaştra ştatına göndərdiyi həkimlərin COVID-in ikinci dalğasının başlanğıcının başladığını aşkar ediblər. Hindistan Səhiyyə Nazirliyi isə ştatda ikili mutasiyalı yeni ştamm aşkar olunduğunu açıqlayıb. Nazirlikdən həmçinin son gündə Hindistanda COVID-19 ilə əlaqəli 312 ölümün qeydə alındığı vurğulanıb.


KARUSEL / DÜNYA
Tarix: 28-03-2021, 15:44