mobil versiya

İsveç kral ailəsininnin Tac Şahzadəsi Viktoriya ictimaiyyət tərəfindən dəstəklənib






İpsos tərəfindən İsveç vətəndaşları arasında aparılan sorğu dərc edilib.

Nəticələr göstərib ki, İsveçlilərin 2/3-ü monarxiyanın davam etməsini dəstəkləyir və kral ailəsi son iyirmi ildə ən yüksək reytinqini əldə edib. Respondentlərin yalnız 1/5-i seçilmiş dövlət başçısına üstünlük verəcəklərini bildirib.

Rəyi soruşulanların 42%-i Kral XVI Karl Qustavın qızı Tac Şahzadəsi Viktoriyanın xeyrinə taxtdan imtina etməli olduğuna inandıqlarını bildirib. Kral 50 ildən çoxdur ki, taxtdadır və bir çox insan yeni nəslin liderlik etməsini istəyir.

Tac Şahzadəsi artıq atasının xaricdə olduğu kimi müxtəlif hallarda səlahiyyətlərini bölüşməyə başlayıb.

Reportyor.az


KARUSEL / DÜNYA
Tarix: 5-11-2025, 16:17