mobil versiya

XİN Pakistanda baş vermiş terror hücumlarını pisləyib




"Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşımında deyilir.

"Bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzulayırıq.

Azərbaycan bütün forma və təzahürlərində terrorizmlə mübarizədə Pakistanla tam həmrəydir".

Reportyor.az 
KARUSEL / SİYASƏT
Tarix: 11-11-2025, 20:42