mobil versiya

XİN Pakistana başsağlığı verib



Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib.

Reportyor.az xəbər verir ki, nazirlik bu barədə rəsmi Facebook səhifəsində yazıb.

"Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbəri dərin hüznlə qarşılandı. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir". 

KARUSEL / SİYASƏT
Tarix: 3-02-2025, 11:20