mobil versiya

DİN diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədə rəsmi açıqlama yayıb


Sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bildirir ki, Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.
Qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.

Reportyor.az 
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 19:28