mobil versiya

Azərbaycan investorları Tacikistanda birgə investisiya layihələrini həyata keçirməyə dəvət olunub




Danqara AİZ-dən verilən məlumata görə, Danqara Azad İqtisadi Zonasının (AİZ) rəhbərliyi Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri ilə görüş keçirib.

Tərəflər AİZ-də investisiya imkanları və Tacikistanda sahibkarlara dəstək məsələlərini müzakirə ediblər.

Danqara AİZ-in rəhbəri Azərbaycan investorlarını Tacikistanda birgə investisiya layihələrinin həyata keçirilməsində əməkdaşlığı genişləndirməyə dəvət edib.

Tacikistan və Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olduğu vurğulanıb.

Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:19