Bakıda hotelin 4 işçisini cərəyan vuraraq öldürüb, hadisənin necə baş verdiyi məlum olub

Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.
Şahidlərin sözlərinə görə, faciə dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.
Əməkdaşlar şüşələri yumaq üçün dəmir nərdivanı aparan zaman konstruksiya yüksək gərginli naqillərə toxunub. Bu zaman cərəyan dörd nəfəri vuraraq öldürüb.
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.
Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. (apa)
KARUSEL / HADİSƏ
Tarix: 21-11-2025, 15:36


























