mobil versiya

Məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti açıqlanıb



Bakıda məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti məlum olub.


Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 04.12.2024-cü il tarixində saat 12:20 radələrində Səbail rayonu, 329 nömrəli tam orta məktəbdən çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxsə (kişi cinsli) ilkin tibbi xidmət göstərilib və hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) təxliyə olunub",- deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.(trend)

KARUSEL / HADİSƏ
Tarix: Dünən, 17:06