mobil versiya

Naxçıvanda 1600-ə yaxın abonentin qaz təchizatı dayandırılıb




Şərur rayon Düdəngə, Zeyvə, Cəlilkənd kəndlərində korroziyaya uğramış boruların təmiri ilə əlaqədar olaraq 1598 abonentin təbii qaz təchizatı dayandırılıb.

Bu barədə  SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bu gün saat 12:30-dan etibarən qazın verilişi fasilələrlə bərpa olunacaq. (azərtac)


KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 11:56