mobil versiya

Astaranın kəndlərində qaz kəsiləcək



Astara rayonunun 4 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Tüləgivan istiqamətində qaz kəmərinin kipliyə yoxlanılması üçün Tüləgivan, Deqədi, Səlivə və Ojəkəran kəndləri olmaqla ümumilikdə 920 abonentin qaz təchizatının 30 avqust tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.

KARUSEL / ÖLKƏ
Tarix: 27-08-2024, 09:48