mobil versiya

Hikmət Hacıyev: Bakı Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir



Azərbaycan Avropa İttifaqının, o cümlədən Aİ-nin "Qlobal Qapı" təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq.
“Bakı Avropa İttifaqını bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olar”, - Prezidentin köməkçisi qeyd edib.(apa)







KARUSEL / SİYASƏT
Tarix: 1-12-2025, 13:27