İranın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 8-də Şəhidlər xiyabanını ziyarət edib.
Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 8-12-2025, 11:58



























