İrandan ölkəyə 24 kiloqramdan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 115 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: 17-12-2025, 11:50



























