Bakının bu ərazisində qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Təmir-bərpa işləri ilə əlaqədar Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7-ci ,8-ci, 9-cu Sallaqxana küçələrinin qaz təchizatında bu gün saat 10:00-dan etibarən müvəqqəti fasilə yaranacaq".
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-01-2026, 09:19



























