AMB neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb

Bizim proqnozlarımıza görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 64 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 269 ABŞ dolları olacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
"2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 254 ABŞ dolları olacağını gözləyirik", - o vurğulayıb. (Trend)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-02-2026, 11:34



























