Mərkəzi Bankdan neft və qazın orta qiymət proqnozu
Bu il üçün Azərbaycan neftinin orta qiyməti 84.9 ABŞ dolları, qazın 1000 kubmetrinin isə 296.1 ABŞ dolları olacağı proqnozlaşdırılır.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2025-ci ildə neftin orta qiyməti 83.8 ABŞ dolları, qazın 1000 kubmetri isə 332.5 ABŞ dolları proqnozlaşdırılır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-07-2024, 12:21