Fələstin səfiri Ramazan ayının başlanması münasibətilə təbrik ünvanlayıb

"Müqəddəs Ramazan ayının gəlişi münasibətilə Fələstin Dövlətinin səfiri Dr. Ahmed Metani və Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşları Fələstin xalqına, dost Azərbaycan xalqına, Azərbaycandakı və dünyanın hər yerindəki
müsəlmanlara ən səmimi təbriklərini və ən xoş arzularını çatdırır".
Bu, səfirliyin yaydığı məlumatda yer alıb.

Xəbərdə deyilir:
"Uca Tanrıdan bu mübarək ayın sizə, xalqlarımıza və millətimizə xeyirxahlıq, firavanlıq və bərəkətli etməsini və bu ayı həmrəylik, qarşılıqlı dəstək və insan qardaşlığı dəyərlərinin yeniləndiyi mərhəmət, bağışlanma və əmin-amanlıq ayı
etməsini dua edir və arzulayırıq.
Ramazan ayınız mübarək, hər iliniz xeyirli olsun".
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-02-2026, 17:09



























