Ötən ay Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin sayı açıqlanıb

Bu ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinə fəaliyyət istiqamətləri üzrə 28 min 929 müraciət daxil olub.
Bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, onlardan 12 min 360-ı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması, 5934-ü ölkə ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması, 79-u vətəndaşlıq məsələləri, 914-ü Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 586-sı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər olub.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-02-2026, 16:28



























