Temperatur 4-6 dərəcə enəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 18-02-2026, 19:05



























