mobil versiya

Manatın dövretmə sürəti azalıb



Bu ilin fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,84 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, cari ilin yanvarın 1-i ilə müqayisədə 0,36 bənd və ya 11,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,42 bənd və ya 12,9% azalıb.

Belə ki, bu ilin yanvarın 1-nə manatın dövretmə sürəti 3,20 bənd, ötən ilin fevralın 1-nə isə 3,26 bənd təşkil etmişdi.
Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. (Trend)


Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-02-2026, 16:17