mobil versiya

İsrailin Livana hücumu iki nəfərin ölümünə səbəb olub





İsrailin Livanın şimalına endirdiyi hava hücumu nəticəsində iki nəfər həlak olub, bir qadın yaralanıb.

Livan Səhiyyə Nazirliyi açıqlamasında İsrail işğalçılarının başlatdığı basqının Tripolidəki Beddavi düşərgəsindəki yaşayış mənzilini hədəf aldığını və iki nəfərin ölümünə, bir vətəndaşın isə yaralanmasına səbəb olduğunu bildirib.

Livan Səhiyyə Nazirliyi çərşənbə günü bildirib ki, bazar ertəsindən bəri davam edən İsrailin hücumu nəticəsində ölənlərin sayı 72 nəfərə, yaralıların sayı isə 437 nəfərə çatıb.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: 5-03-2026, 10:15