mobil versiya

Çak Şumer: "Yaxın Şərqdəki xaosun müqəssiri Trampdır"




ABŞ Senatının demokrat üzvü və Nyu-York ştatının nümayəndəsi Çak Şumer, Yaxın Şərqdə hökm sürən qeyri-sabitlik və xaosun birbaşa Donald Trampın yürütdüyü siyasətin nəticəsi olduğunu bəyan edib.

Şumer öz kəskin çıxışında regiondakı mövcud gərginliyə görə məsuliyyətin «tamamilə Trampın üzərinə düşdüyünü» vurğulayaraq, onun qərarvermə mexanizmini sərt tənqid atəşinə tutub.

Senatorun sözlərinə görə, Tramp real vəziyyəti və strateji nəticələri dərindən təhlil etmədən xaotik qərarlar qəbul edir və onun siyasi mövqeyi qısamüddətli konyunkturadan asılı olaraq sürətlə dəyişir. Şumer həmçinin diqqətə çatdırıb ki, Ağ Ev rəhbərinin ətrafında onun yanlış qərarlarına etiraz edəcək və ya səhvlərini düzəldəcək nüfuzlu siyasi fiqurlar artıq mövcud deyil.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 5-03-2026, 16:01