Səfir: Macarıstan Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəydir

Macarıstan Səfirliyi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir.
Bu barədə Macarıstanın ölkəmizdəki səfiri Tamás Torma deyib.

Səfir bildirib ki, Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin və beynəlxalq hüquq normalarının bu cür qəbulolunməz şəkildə pozulması regional sabitliyə xələl gətirir: "Macarıstan Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir. Yaralananların tezliklə sağalmasını arzulayırıq".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 6-03-2026, 12:22



























