mobil versiya

Deputat Tehran Mənsimov xəbərlərinə narazılıq etdi



Millət vəkili Aydın Mirzəzadə bir neçə gündür ki, mətbuatda və sosial şəbəkədə Vətən müharibəsi qəhrəmanlarından birinin yeni vəzifəyə təyinatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə millət vəkili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Hesab edirəm ki, rəsmi məlumatlardan başqa hərbiçilərimiz və xüsusi xidmət təşkliatlarında çalışanlarımız barədə məlumat verilməsi düzgün deyil. Bu məlumatlar ümumi istifadə üçün deyil.

Ona görə də hərbiçilərimiz barədə məlumatlar yayılmasında diqqətli  olmalıyıq. Dövlətin təhlükəsizliyini tək dövlət deyil, o cümlədən hər birimiz qorumalıyıq", - A.Mirzəzadə qeyd edib.

Xatırladaq ki, mətbuatda Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimovun xidmət yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılmışdı. Haqqında yayılan digər məlumatlarla bağlı danışan T.Mənsimov isə narahatlığını ifadə etmişdi.
MANŞET / BANNER / KARUSEL
Tarix: 29-06-2021, 23:41