Operativ Qərargahdan MÜHÜM AÇIQLAMA - TOYLARLA BAĞLI...
Baş nazir Əli Əsədov toy mərasimlərində daha çox hansı qaydaların pozulduğunu açıqlayıb.
REPORTYOR.AZ-ın məlumatına görə, Baş nazir Əli Əsədov bu gün keçirilən Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsində bildirib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur:
“Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur.
Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır. Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur”.
Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 21-07-2021, 20:54