mobil versiya

İcra başçısının oğlu polis sistemindən çıxarıldı (SƏBƏB)



Ağcabədi rayon icra başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından çıxarılıb.

Ötən il xüsusi karantin rejiminin pozulması ilə bağlı Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı vətəndaşlarla kobud davranışı ilə gündəmə gələn Şəhriyar Hüseynov bu ilin iyul ayında öz raportu əsasında daxili işlər orqanlarından xaric olunub.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya məlumatı təsdiqləyib.

Qeyd edək ki, Şəhriyar Hüseynov Suraxanı rayon icra başçısı Əziz Əzizovun kürəkənidir. Ş.Hüseynov Yasamal hadisələrindən sonra oradakı vəzifəsindən çıxarılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 13-09-2021, 12:01