mobil versiya

“Torqovı”da ərəb turistin başına nə gəlib? - TƏFƏRRÜAT - YENİLƏNİB




Bakının Səbail rayonunda yerləşən Nizami küçəsində xəsarət alan Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf ilə bağlı yeni məlumatlar əldə edilib.

REPORTYOR.AZ-ın bildirdiyinə görə, Ali Ahmad Noaf axşam saatlarında evinin qarşısında sərxoş olarkən yıxılıb. O, müvazinətini itirib.

Qapının tini ərəb turistin sinəsinə dəyib. Nəticədə o, yüngül xəsarət alıb.

*** 08:07

Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.

REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
MANŞET / SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 8-12-2021, 10:42