mobil versiya

TIR sürücülərinin ittiham etdiyi şöbə müdiri nə işlə məşğuldur? - RƏSMİ AÇIQLAMA




"Mən demək istəyirəm ki, bu məlumat doğru deyil. Mənə xəbərdarlıq edilməyib, kimsə də işdən ayrılmayıb".

REPORTYOR.AZ xəbər verir ki, bunu İTV-nin efirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev töhmət alması, qurumun şöbə müdiri Malik Əliyevin işdən çıxarılması ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib:

"Şöbə müdiri 10 gün bundan qabaq sadəcə olaraq məzuniyyətə çıxıb. Əlbəttə, mövzu ilə bağlı rəhbərlik tərəfindən mənə suallar verilib və mən də bunları cavablandırmışam. Məlumatlar toplanıb və operativ şəkildə rəhbərliyə çatdırılıb. Bu dəqiqəyə kimi deyilən məsələ baş verməyib. Həqiqətən, digər əməkdaş da qalan məzuniyyətini götürüb. Çünki onurğasından əməliyyat olunmuşdu".
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 17-02-2022, 16:13