mobil versiya

İstanbulda terror aktı törədən terrorçuya PKK və ABŞ ordusu təlim keçib – ŞOK DETALLAR



İstanbulun İstiqlal küçəsinə bomba qoyan PKK terrorçusu Kobanidə PKK adlanan kəşfiyyat məktəbində təlim keçib və ABŞ hərbçiləri təşkilat yaraqlılarına mühazirə oxuyublar.
Bu barədə “Yeni Şafak” polisdəki mənbələrinə istinadən yazır.
Suriya vətəndaşı Əhlam Əlbəşir dindirmə zamanı etiraf edib ki, 4 ay əvvəl Türkiyəyə tək gəlməyib. Onunla birlikdə kəşfiyyat məktəbində təhsil almış başqa bir PKK terrorçusu da olub. Suriyadan ölkəyə daxil olarkən özlərini ər-arvad kimi göstəriblər.
Terrorçunun sözlərinə görə, İstanbulda bombanın işə salınması əmrini Kürdüstan Fəhlə Partiyasının liderlərindən birinə yaxın olan Ferhat Abdi Şahin (Mazlum Kobani) verib.
Hazırda digər terrorçunun axtarışları davam edir.

MANŞET / DÜNYA
Tarix: 15-11-2022, 14:00