Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi.
Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi.
Sonra rəsmi foto çəkdirildi.
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 19-02-2024, 15:42