mobil versiya

Alman ailə Azərbaycanda karantində başlarına gətirilən dəhşətlərdən danışdı - FOTO




“Yaşadıqlarımız bir filmi xatırladır. Karavanla Azərbaycana daxil olanda sərhəddə hərarətimizi yoxladılar. Məndə 37.1 dərəcə çıxdı. Bizi karantin altına aldılar”.

Xeber.de-nin məlumatına görə, bunu gschwaetz.de portalına 6 gün türkiyəli hamilə həyat yoldaşı Duyqu ilə Azərbaycanda karantin altında saxlanılan Almaniya vətəndaşı Timmy Hatton deyib. Onun sözlərinə görə, pasportları əllərindən alınıb, qaldıqları otaqda onlara yeməyə yalnız yumurta və çörək veriblər: “Hazırda Azərbaycanda qonşusu İranda sürətlə yayılan koronavirusa görə çaxnaşma düşüb. Heç kim burada nə qədər qalacağımızı demir. Həyat yoldaşım Duyqu 8 aylıq hamilədir və o bu günləri çox ağır şəkildə keçirir. Azərbaycan qonşuları ilə quru sərhəddini bağlayıb. Bircə yol qalır, o da təyyarə ilə Türkiyəyə getmək. Həyat yoldaşım hamiləliyinin 8-ci ayında olduğu üçün bəzi havayolu şirkətləri uçuşa icazə verməyə bilər”.





“Xəstəxana tualetində su yoxdur”


Alman turistin sözlərinə görə, xəstəxanaya gedib qan testi veriblər: ”Bir neçə saatdan sonra nəticə əldə edildikdən sonra bizə gedə biləcəyimiz deyildi. Ancaq buna xəstəxanadakı hansısa həkim qərar verəcəkdi və o yerində deyildi. Saatlarla gözləməkdən bezdik, kiminləsə telefonla əlaqə saxlayıb, dərdimizi deməyə belə qoymadılar. Cinayət törədib, həbs olunanda da kiminləsə telefonla danışmağa icazə verirlər. Hətta bu imkanı bizə vermədilər. Qaldığımız çarpayısı olmayan bir xəstəxana otağında nə axar su, nə sabun var idi. Tualetdə heç su da gəlmirdi”.





T.Hatton bildirib ki, ertəsi gün gözlədikləri həkim gəlsə də, onları yenə buraxmayıblar. Təzədən qan analizi, tüpürcək nümunəsi verən ailəyə nəticə üçün 2-3 gün gözləməli olduqları deyilib. Gecə saat 3 radələrində başqa bir şəhərdə yerləşən xəstəxanaya getdik. Burada palatalar dolu idi, 10 nəfəri bir otaqda saxlayırdılar. Kişilər və qadınlar ayrı. Burada da antisanitariya hökm sürür, tualetdə su gəlmirdi”.




T.Hatton vəziyətin belə olduğunu görüb Almaniyanın Azərbaycandakı Səfirliyinə bir neçə dəfə zəng vurub. Eyni zamanda Almaniyada yaşadığı Hohenlohekreis şəhər rəhbərliyi ilə əlaqə yaradaraq onlardan kömək istəyib: “Ölkədən çıxmaq icazəsini aldıqdan sonra polis bizi karavanımızı götürmək üçün Astara şəhərinə gətirdi. Ordan da Gürcüstan sərhəddinə doğru yola düşdük. Polislər bizi izləyirdi və biz ancaq təyin olunmuş yolla getməli idik. Sərhədə çatanda bizim üçün bir çıxış dəhlizinin olduğunu desələr də, təxminən 15 saat gözləməli olduq. Sonra Azərbaycan Gürcüstanla sərhəddini bağladığını elan etdi. İndi qalmışıq Azərbaycanda, yəqin uşağım bu ölkədə dünyaya göz açacaq”.



Məlumat üçün bildirək ki, cütlük bu ilin yanvar ayında karavanları ilə Hindistandan Türkiyəyə doğru yola düşüb. Hindistanda karavanlarına hücum olub, lakin onlar Pakistana, oradan da İrana keçməyi bacarıb, Azərbaycana gəliblər. 





MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 17-03-2020, 03:37