mobil versiya

Fədayə Laçın keçmiş həyat yoldaşı barədə nələr dedi? “Oğluma…”




Müğənni Fədayə Laçın keçmiş həyat yoldaşı barədə danışıb.

Lent.az -ın məlumatına görə, prodüser Tolik (Tarix Əliyev) aparıcısı olduğu “Hər şey daxil” verilişində F.Laçına “Oğlun Əlhəmin toyu olsa, icazə verəcəksiniz ki, atası elçiliyə getsin?” sualını ünvanlayıb. Müğənninin cavabı belə olub:

“Niyə icazə vermirəm ki?! Mən heç vaxt onun atası ilə görüşməyinə qadağa qoymamışam. Mənim özümün onunla (keçmiş həyat yoldaşı ilə) heç bir əlaqəm yoxdur. Mən olmayanda ailə sıxıntıda idi. Mən onda Əlhəmə dedim: “İstəyirsən, atana zəng vur, denən ki, problem var”. Dedi, “Yox”. Mən həbs olunmamışdan öncə də elə söhbətlər olub ki, demişəm atana denən, bəlkə nə isə kömək edər. Oğlum özü da demək istəmir. O, iş adamı deyil, amma vəziyyəti pis də deyil”.
BANNER / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-12-2019, 12:25