mobil versiya

Kamil Zeynallı İcra başçısını biabır etdi: “Kasıblara kömək etməyə qoymur” - VİDEO - YENİLƏNDİ

Pirallahı Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayıb.

"BakuPost" xəbər verir ki, İcra Hakimiyyəti Kamil Zeynallını yaranmış vəziyyətdən süi-istifadə etməkdə və digər insanların hesabına özünə divident qazanmağa çalışmaqda suçlayıb:

“Adı sosial şəbəkələrdə hallanan Şaharov Oktay Əlifyar oğlu özü və 5 nəfər ailə üzvü ilə birgə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşıb. Şaharovlar ailəsi bütövlükdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatındadırlar. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən ailənin içməli su və enerji təchizatı məsələləri həll olunub, yaranmış borclar ödənilib. Həmin ailəyə mütəmadi olaraq ərzaq və maliyyə yardımları edilməkdədir.

Şaharovlar ailəsinin 2 üzvü - Şaharova Nisə İman qız və Qəmbərova Samirə Oktay qızı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış “Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin ediliblər ki, bu da öz növbəsində ailənin maddi durumuna müsbət təsirini göstərib. Belə ki, ailənin qeyd olunan iki üzvünün dövlət tərəfindən verilən aylıq məvacibi ümumilkdə 482 azn təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 azn daxil olur. Ümumilikdə ailənin aylıq gəliri 932 azn təşkil edir.

Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui istifadə edərək, sadəlöv insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır”.

2020-04-13 16:11:11

Pirallahı İcra Hakimiyyətinin başçısı ağır durumda yaşayan şəxslər yardımlar edilməsinə mane olur. Hətta bu işi həyata keçirən şəxsləri təhdid etdirir.

Bunu ağır durumda yaşayan şəxsləri tapıb onlara yardımlar paylamaqla sosial şəbəkələrin fovaritinə çevrilən Kamil Zeynallı son yaydığı videoda bildirib.

Qeyd edib ki, karantin rejimində maddi vəziyyəti ağır olan ailələrə yardım etmək üçün İnci adlı xanımın təklifi ilə Pirallahı rayonuna gedib. Rayon ərazisində 3-4 kvadratmetrlik daxmada yaşayan 6 nəfərlik ailəni görəndən sonra onlara ev tikmək qərarına gəlib. Bu işə bir neçə xeyriyyəçi də qoşulub. Hər şey hazır olanda icazə almaq məqsədilə İcra Hakimiyyətinə üz tutub, ancaq icra başçısının müavini ona bildirib ki, həmin ərazidə yaşayış qanunsuzdur və yaxın müddət ərzində daxma da söküləcək. K.Zeynallı ailəyə ev tikmək üçün rayon ərazisində 2 sot torpaq verilməsini istəyib. Ancaq istəyi müsbət qarşılanmayıb.

K.Zeynallının iddiasına görə, bütün bunlardan sonra İnci xanım İcra Hakimiyyətinə çağırılıb və ona qarşı təzyiqlər olub. İcra Hakimiyyətindən ona "sən kimsən ki, bizim işlərimizə qarışırsan? Niyə özünü reklam edən o Kamili rayon ərazisinə çağırmısan" kimi iradlar bildiriblər. İnci xanım isə K.Zeynallıya zəng edərək, xahiş edib ki, qorxur, buna görə də onun rayon ərazisindən getməsini istəyir".

Pirallahı rayonunun icra başçısı Vasif İmanova səslənən K.Zeynallı onu əhalinin güzəranı ilə maraqlanmamaqda, hətta xeyriyyə işlərinə mane olmaqda ittiham edib. O bildirib ki, oturduğu kürsü V.İmanovun atasından qalmayıb, bu vəzifəyə ölkə başçısı tərəfindən xalqa qulluq etmək üçün təyin olunub. Ancaq başçı bu problemləri özü həll etməkdənsə, yardım etmək istəyənlərə də mane olur.

Məsələ ilə bağlı İH-dən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.

"BakuPost" xəbər verir ki, bunu ağır durumda yaşayan şəxsləri tapıb onlara yardımlar paylamaqla sosial şəbəkələrin fovaritinə çevrilən Kamil Zeynallı son yaydığı videoda bildirib.

Qeyd edib ki, karantin rejimində maddi vəziyyəti ağır olan ailələrə yardım etmək üçün İnci adlı xanımın təklifi ilə Pirallahı rayonuna gedib. Rayon ərazisində 3-4 kvadratmetrlik daxmada yaşayan 6 nəfərlik ailəni görəndən sonra onlara ev tikmək qərarına gəlib. Bu işə bir neçə xeyriyyəçi də qoşulub. Hər şey hazır olanda icazə almaq məqsədilə İcra Hakimiyyətinə üz tutub, ancaq icra başçısının müavini ona bildirib ki, həmin ərazidə yaşayış qanunsuzdur və yaxın müddət ərzində daxma da söküləcək. K.Zeynallı ailəyə ev tikmək üçün rayon ərazisində 2 sot torpaq verilməsini istəyib. Ancaq istəyi müsbət qarşılanmayıb.

K.Zeynallının iddiasına görə, bütün bunlardan sonra İnci xanım İcra Hakimiyyətinə çağırılıb və ona qarşı təzyiqlər olub. İcra Hakimiyyətindən ona "sən kimsən ki, bizim işlərimizə qarışırsan? Niyə özünü reklam edən o Kamili rayon ərazisinə çağırmısan" kimi iradlar bildiriblər. İnci xanım isə K.Zeynallıya zəng edərək, xahiş edib ki, qorxur, buna görə də onun rayon ərazisindən getməsini istəyir".

Pirallahı rayonunun icra başçısı Vasif İmanova səslənən K.Zeynallı onu əhalinin güzəranı ilə maraqlanmamaqda, hətta xeyriyyə işlərinə mane olmaqda ittiham edib. O bildirib ki, oturduğu kürsü V.İmanovun atasından qalmayıb, bu vəzifəyə ölkə başçısı tərəfindən xalqa qulluq etmək üçün təyin olunub. Ancaq başçı bu problemləri özü həll etməkdənsə, yardım etmək istəyənlərə də mane olur.

Məsələ ilə bağlı İH-dən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.

K.Zeynallının iddialarını daha geniş formada təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 14-04-2020, 12:30