mobil versiya

Əsgərimiz şəhid oldu - Nəşi neytral zonada qalıb - RƏSMİ



Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən reportyor.az-a bildirilib.

Verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistanın KİV-lərində guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.
MANŞET / MARAQLI / KARUSEL / HADİSƏ / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 23-09-2019, 10:30