mobil versiya

Tatlısəsin doğulduğu ev muzey olur - FOTO




Türkiyənin məşhur sənətçisi İbrahim Talısəsin evi muzey olur.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfanın Hızmalı rayonunda Tatlısəsin doğulduğu, həyətində mağara olan evin muzey olması üçün protokol imzalanıb. Muzey sənətçinin adını daşıyacaq.
Tatlısəs açıqlamasında bildirib:
"Kasıb bir ailənin uşağı idim. Mağarada doğulduğum üçün fəxr edirəm".
Haliliye Bələdiyyə Sədri Mehmet Canpolat layihənin şəhər üçün xeyirli olacağını qeyd edib.
Canpolat bildirib:
“Şanlıurfalı rəssam İbrahim Tatlısəsin doğulduğu evi bərpa edəcək və evi İbrahim Tatlısəsin adını daşıyacaq bir muzeyə çevirəcəyik".

MARAQLI / KARUSEL
Tarix: 9-02-2022, 11:00