mobil versiya

Duzlu şoraba yemək stresdə faydalıdır



Bizim ölkədə hər kəs yaydan qışa müxtəlif şoraba hazırlayıb ehtiyat tutur.

"Medicina" xəbər verir ki, alimlər şorabaların stress zamanı, emosional sağlamlıq üçün də faydalı olduğunu sübut edib.


İrlandiya alimləri bildirir ki, fermentləşdirilmiş qidalar stresin səviyyəsini salır.

Streslə mübarizədə idman, meditasiya ilə yanaşı bu qidalar da əsas rol oynayır.

Tədqiqatlar göstərib ki, hər gün cəmi 50 qram fermentləşdirilmiş qida və lifli qida 4 həftə ərzində stresi xeyli azaldır.

Alimlər eksperimentdə iştirak edənlərə meyvə-tərəvəzlə yanaşı 1-2 pors duzlu kələm, çay göbələyi və xiyar verib.
Digər qrup isə ancaq dietik qidalanıb.

Məlum olub ki, fermentli qidalar- yəni şoraba yeyən qrupda stress daha çox azalıb və yuxu yaxşılaşıb.


MARAQLI / SAĞLAMLIQ
Tarix: 2-11-2022, 19:10