Rasim Balayev: "Evimdə kombi işləmir, soyuqlamışam"
Görkəmli sənətkar, kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.
REPORTYOR.AZ sonxeber.az-a istinadən xəbər verir ki, aktyor dünəndən etibarən səhhətində yaranan problemlə əlaqəli ev şəraitində müalicə alır. Kinoaktyor səhhətindəki problemin soyuqlama səbəbindən yarandığını vurğulayıb:
"Kombi yanmadı, otaqlar soyuq olduğu üçün sağlamlığımda problem yarandı. Soyuqlamışam, bir az qızdırmam var. Bu problemi aradan qaldırmaq üçün mürəbbəli çay içirəm".
MARAQLI / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 4-12-2019, 11:00