mobil versiya

Hollandiyadan ABŞ-a uşan bir təyyarədə sərnişinlərin üstünə qurd tökülüb


Hollandiyadan ABŞ-a uçan bir təyyarə salonda qurd olduğu üçün  geri qayıdıb. 
Bu barədə BBC məlumat yayıb.
Uçuş başladıqdan bir qədər sonra təyyarənin əl yükləri saxlanan yerindən bir qadının üstünə azı 10 dənə qurd tökülüb, hollandiyalı bir sərnişin mediaya deyib. Onun sözlərinə görə, bunu görən digər şərnişinlər təşvişə düşüblər. 
Onlar təyyarə bələdçilərinə vəziyyəti bildiriblər. Bələdçilər yuxarıdakı dolabı açanda qurdların içində çürümüş balıq olan bir çamadandan töküldüyü bəlli olub. 
Beləliklə, Detroit şəhərinə doğru istiqamətlənmiş təyyarə havaya qalxdıqdan bir saat sonra Amsterdama geri dönüb. 
Yükün sahibini digər sərnişinlərdən ayırıb harasa aparıblar. Onun təkrar uçmasına icazə verilib-verilmədiyi də açıqlanmayıb. 
Digər sərnişinlərə isə növbəti reysə uçuşa buraxılmaqla yanaşı, əlavə uçuş milləri, 30 dollarlıq yeməkpulu, eləcə də oteldə qalmaq üçün əlavə vəsait ödənilib. 
Uçuşu həyata keçirən Delta Havayolları şirkəti yaşanan vəziyyətə görə sərnişinlərdən üzr istəyib.


MARAQLI / KARUSEL
Tarix: 15-02-2024, 13:08