mobil versiya

Rusiya təyyarəsinin İraq hava məkanına daxil olmasına icazə verilməyib



Yekaterinburqdan Şarm əl-Şeyxə uçan Rusiyaya məxsus “Boeing 737” təyyarəsinin İraqın hava məkanına daxil olmasına icazə verilməyib.
Bunu “Rossiya” aviaşirkətinin nümayəndəsi bildirib.
Nəticədə uçuşu həyata keçirmək üçün bütün icazələrə malik olan təyyarə geri dönərək Soçi hava limanına doğru istiqamət alıb.
“Boeing 737 təyyarəsi ilə Yekaterinburqdan Şarm əl-Şeyxə FV5569 reysini həyata keçirən və bütün uçuş icazələrinə malik olan təyyarənin İraq hava məkanına heç bir izahat verilmədən daxil olmasına icazə verilməyib. Təyyarə İranın hava məkanında bir neçə dövrə vurub və hava hərəkətinə nəzarət xidmətləri tərəfindən Soçidəki alternativ aerodroma göndərilib”, – məlumatda deyilir.
Aviaşirkətin nümayəndəsi əlavə edib ki, müəyyən vaxt sonra Rusiya təyyarəsinə Misirə uçmaq üçün yaşıl işıq yandırılıb. Aviaşirkətin mütəxəssisləri sürətlə layneri hazırlayıb, bundan sonra o, təyinat aeroportuna uçub.
Təyyarənin Şarm əl-Şeyxə çatması dörd saat gecikib.


KARUSEL / DÜNYA
Tarix: 7-04-2023, 18:13