Aygün Kazımova: "Böyük dərddir, fikirdən yata bilmirəm" - VİDEO
30 ildən çoxdur səhnədə olan Xalq artisti Aygün Kazımova hər tədbirə, hər çəkilişə, hər konsertə bir başqa geyimdə, bir başqa qiyafədə gəlir. Hər zaman diqqətlər onun obrazındadır. Yəqin ki, pop-divanın libaslarının taleyi hər həkə maraqlıdır. Görəsən Kazımova saysız-hesabsız libaslarını geyindikdən sonra nə edir?
Xalq artisti bu sualı "ATV Maqazin Onlarla" proqramında cavablandırıb:
"Aygün Kazımova paltarlarına baxır, fikirdən yata bilmir. Bunları saxlamaq mənim üçün böyük bir dərddir. Böyük bir anbarda saxlayıram. Dəhlizdə özümə şkaf tikdirmişəm. Evdə paltardan yer yoxdur.
Ən böyük arzum budur ki, nəhayət böyük pavilyon kimi evim olsun və mənim səhnə geyimlərim, şoularımın dekorasiyaları orada rahat nəfəs alsın. 2020-ci ildə bunu özümə arzu edirəm!"
MARAQLI / SON XƏBƏR / MƏDƏNİYYƏT
Tarix: 23-12-2019, 10:30