Ombasını böyüdən azərbaycanlı kişi stilist - “Daha da böyütdürmək istəyirəm” - FOTO / VİDEO
“Bu görünüşü idmanla deyil, plastik əməliyyatların hesabına əldə etmişəm. Keçirdiyim əməliyyatların nəticəsi o gədər uğurludur ki, davamlı əməliyyat etdirmək istəyirəm, etdirəcəyəm də. Yaxın gələcəkdə nə qədər əməliyyatlarım var”.
REPORTYOR.AZ xəbər verir ki, bunu Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Qusik Simon” ləqəbi ilə şou-biznesdə tanınan stilist Hüseyn deyib.
Bədəninin bir çox nahiyəsində bir neçə plastik əməliyyat keçirən stilist bir müddət öncə təkrar keçirdiyi omba əməliyyatından danışdı:
“Yenidən bıçaq altına uzanaraq təkrar omba əməliyyatı keçirdim. Amma sizə deyim ki, bu da son deyil, çünki ombamı daha da böyütdürmək istəyirəm. Daha doğrusu, ombamı böyük görmək istəyirəm”.
Həyat tərzi ilə sosial şəbəkə izləyicilərini qıcıqlandıran Qusik bu hərəkətlərinə görə tənqid bir yana, təhqir yazanlara gülə-gülə mesaj yolladı:
“Mənə yazılan rəylər tənqid deyil. Pulu olan əməliyyat etdirsin. Gərək pul olsun ki, onlar da mən etdirdiyim əməliyyatı keçirsinlər. Pul olmadığına görə ancaq danışırlar. İnsan gözəl görünmək üçün pul xərcləməlidir. İstər xanım, istərsə də bəy olsun, hamı gözəl görünmək istəyir. Hamı mənim kimi bu vücuda və görünüşə sahib olmaq istəyir”.
Stilist özünü öyüb, yalnız say-seçmə sənətçilərlə çalışdığını diqqətə çatdırdı:
“Xalq artisti Aygün Kazımova ilə çalışıram və onunla hər zaman iş birliyimiz var. Tək bəyəndiyim məhz Aygün Kazımovadır. Onu da deyim ki, müğənnilərin əksəriyyəti mənimlə işləmək istəyir. Qonorar almadan işləmirəm. Dediyimi kimi, Aygün Kazımova, Roza Zərgərli, Natavan Həbibidən başqa öz səviyyəmə uyğun müğənni görmürəm.
Mənə görə, adını çəkdiklərimdən başqa gündəmdə olan sənətçi yoxdur. Çünki digərləri “palatka” toyları üçün işləyirlər. Əslində, bəzi müğənnilər efirdə onları dinləyən insanlara “qara millət” deyirlər, amma anlamırlar ki, qara elə özləridir. İnanın ki, belələrinə görə çox utanıram. Hətta “Instagram” hesabımda hamısını blok etmişəm”.
Stilist daha sonra Damla və Şəbnəm Tovuzlu ilə heç zaman çalışmayacağını dilə gətirdi:
“Adını sadaladığınız müğənnilərlə heç zaman işləməyəcəyəm. Niyə yalan deyim?! Şəbnəm xanımı çox istəyirəm, Damla xanımı da ara-sıra tədbirlərdə görürəm, amma onlarla çalışmaram. Çünki onları dinləmirəm. “Instagram” hesabımda da onlara yer yoxdur. Heç zaman onlarla işləməyəcəyəm”.
Stilist Qusik şou-biznesin ən zövqlü və zövqsüz sənətçilərinin adlarını da açıqladı:
“Zövqlü xanım sənətçilər Aygün Kazımova, Roza Zərgərli, Natavan Həbibi, bəylər isə Zamiq Hüseynov və Yaşar Yusubdur. Onların imic və tərzlərini çox bəyənirəm. Qalan ifaçıların hamısı zövqsüzdür. Onlar toya gedib, orada nə görürlərsə, onu da götürürlər. Atalarımız yaxşı deyib: “Aşıq gördüyünü çağırır”. Onlar 50 manatlıq paltarı reklam etməkdən “Instagram”ı “talkuçka”ya çeviriblər. Suşi gələndə qabını yalayırlar, reklam hesabına yaşayırlar. Onları necə zövqlü, elit adlandıra bilərəm?!”
Müsahibəsinin sonunda stilist ölkədə fəaliyyət göstərən bütün stilistlərdən daha baha qiymətə saç və vizaj etdiyini etiraf etdi:
“İşimə görə aldığım qonorar bütün stilistlərin qonorarından qat-qat yüksəkdir. Salonumdan başqa, bir sıra şəxsi biznesim var. Ona görə heç kimə ayıracaq artıq vaxtım yoxdur”.
MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 2-02-2020, 12:20