mobil versiya

Zümrüd Yağmura "Əhəd Abıyev" ittihamı - Yazıçı cavab verdi




Ailədaxili zorakılıq səbəbindən həyat yoldaşı Fuad Qəhrəmanlı ilə boşanma mərhələsinə daxil yazıçı-publisist Zümrüd Yağmur sosial şəbəkədəki səhifəsində yeni status paylaşıb.

Reportyor.az həmin statusu təqdim edir:

"Bunu yazıblar. Silməyəcəm. Buyurun, demək istədiyinizi deyin, yazın. Ruhunuzdakı kiri çıxarın. Sabaha qədər saxlayacam. Sona qədər simanızı görmək istəyirəm. Bu yanaşma yeni deyil. Yazdıran yazdırmışsa, bir şeyi unudub. Əhəd Abıyev də elə sənin kimilərin tayıdı. Mənəviyyatsızlıqdakı qohumluğunuz daha möhkəmdir. Allah daha da möhkəm eləsin.

Toydan sonra nağara misalı da qeyri-səmimi müdafiəyəyə ehtiyacım yoxdu. Son günlər nə maskalar yırtıldı, tikmək istəsəm, illər yetməz.
Buyurun. Təhqir edin". 

Qeyd edək ki, bir FB istifadəçisi Z.Yağmurun şəklini paylaşaraq və şəkil sahibini də tağ edərək belə bir ifadə yazıb: "AHAD ABIYEVIN QARDASI QIZINDAN NE GOZLEMEK OLARDIKI BUNDAN ARTIQ".

Güman olunur ki, Z.Yağmur "yazdıran" dedikdə AXCP sədri Əli Kərimlini nəzərdə tutur. Onu da bildirək ki, uzun illər öncə deputat Əhəd Abıyev parlamentin plenar iclasında AXCP sədrini təhqir edib. Ondan sonra cəbhəçilər Ə.Abıyevin adını öz "qara siyahı"larına salıblar və vaxtaşırı onun ünvanına təhqir yağdırırlar.


MANŞET / MARAQLI / GÜNDƏM / ÖLKƏ
Tarix: 26-09-2019, 22:10