Fuad Qəhrəmanlının döydüyü həyat yoldaşının ŞOK fotoları yayıldı
Fuad Qəhrəmanlının qızı Selcan Yağmur dünən sosial şəbəkədə status yazaraq, atasının son 10 ildə ona və anası, yazar Zümrüd Yağmura işgəncə verdiyini, AXCP sədri Əli Kərimlinin də bu vəziyyətdən xəbərdar olduğunu qeyd edib. O bildirib ki, bütün bu işgəncələrin nəticəsi olaraq atasından imtina ediyini söyləmişdi.
Reportyor.az xəbər verir ki, bu gün hadisənin yeni detalları, Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurun işgəncə və döyülməni əks etdirən fotoşəkillər yayılıb.
Məlumatı "facebook" sosial şəbəkəsində Gulnara Mehdiyeva adlı istifadəçi yayıb. O, bildirib ki, Selcan Yağmur onunla yaxın rəfiqədir və bir neçə müddət öncə məlumatı və fotoları özlərindən alıb.
G.Mehdiyevanın yaydığı məlumatı və fotoları təqdim edirik:
"Ortada təkcə zorakılıq yox, həm də xəyanət məsələsi olduğunu həm biz, həm cəbhəçilər yaxşı bilirdi. Fuadın məşhur məşuqəsini də tanıyırlar. Başqa qadınları da. Mən və Fidan Nazar Selcan və Sənayla söhbət edərkən onlar uşaqlıqlarına aid elə şeylər danışırdılar ki, tüklərimiz biz-biz olurdu. Sənayın dizi qırılanda 12 yaşı vardı. Onlar analarına olan zorakılığı görərək böyüyüblər. Əlimizdə o zorakılıqlardan bəzilərinin fotosu var idi. Bir insanı həbsdə ola-ola ifşa eləmək, boşanmaq olmur. İndikindən betər "hakimiyyətə satılmış, pul almış" elan edirlər. Selcan atasının həbsdən çıxdığını eşidəndə özünü ağaca çırpdığını demişdi. Bir insan uşağının bu qədər nifrətini qazanacaq qədər nə edə bilərdi? Zümrüd xanımı da dünəndən bəri razı sala bilmirik ki, yaysın, danışsın. Çünki bilirik, o danışsa, axecepe şaykası hamısı batacaq. İndi də Əli Kərimlinin o sadistlə şəkil çəkdirib paylaşmağına söz tapa bilmirəm. Şəxsiyyət olaraq bitmiş birini "siyasətçi olaraq bitirməməyə" çalışır.
Qızlardan yalnız bu şəkilləri ala bilmişdim, özlərinə deməmiş paylaşıram. Amma silən deyiləm.
Sağlam gənclik çürük şəxsiyyətlərin arxasınca getməməlidir."
Reportyor.az
MANŞET / KARUSEL / GÜNDƏM / ÖLKƏ / FOTOXƏBƏR
Tarix: 20-09-2019, 22:12