mobil versiya

“Öz qızını döyən hakimiyyətə gəlsə, bizi öldürər, dizimizi sındırar” – Emin Milli



Mühacirətdə olan müxalifətçi, “Meydan TV”-nin keçmiş rəhbəri Emin Milli AXCP sədri Əli Kərimli və müavin Fuad Qəhrəmanlı haqda sərt ittihamlar səsləndirib.

Həmin açıqlamanı təqdim edirik:

Barmaqlarımızı sındıranlar


"Selcan xanımın cəsarəti mənə bizim iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Selcanı müdafiə etməlidir, anasına dəstək olmalıdır.

Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayyətkar (Fuad Qəhrəmanlı) mütləq həbs edilməlidir və cəzasını almalıdır.

Selcanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu cinayyətə bərayət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızın hansı gələcəyi ola bilər? Normal bir ölkədə Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlının və Əli Kərimlinin istefalarını tələb etməliyidilər.

AXCP-nin liderlərinin azadlıq haqqında, insan haqqları haqqında, demokratiya haqqında danışmaqa heç bir mənəvi haqqları yoxdur. Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Fərqi yoxdur höküməti dəstəkləyən, müxalifəti dəstəkləyən və ya siyasətə qarışmayan biri olsun.

Bu bir ailənin daxili işidir deyənlər isə onda gərək Azərbaycan polisi onları əzəndə beynalxalq təşkilatlara üz tutmasınlar. Hökümət də elə eyni məntiqlə Sizi əzib deyir ki, bu bizim daxili işimizdir.

Biz xalq olaraq və cəmiyyət olaraq azad olmaq istəyiriksə gərək bu azadlıqı ilk növbədə ailəmizdə qurmaqı oyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək bunlar bizi meydanlarda minlərlə öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar."

MANŞET / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 20-09-2019, 16:09