mobil versiya

Səudiyyə Ərəbistanı nəsli kəsilməkdə olan ərəb bəbirinin ilk genomunu qurub




Kral Əbdüləziz Elm və Texnologiya Şəhəri (The King Abdulaziz City for Science and Technology - KACST) ) nəsli kəsilməkdə olan ərəb bəbirinin təbii yaşayış yerlərində sağ qalmasını və uyğunlaşmasını dəstəkləyən genləri öyrənmək məqsədi ilə onun ilk genomunu qurub. Ən kiçik bəbir yarımnövü olan ərəb bəbirlərinin nəsli kəsilmək üzrədir.

Reportyor.az yerli mediaya istinadla xəbər verir ki, KACST-də görülən işlər Milli Laboratoriyanın elmi innovasiyaları artırmaq və ərəb bəbirini qorumaq və onun həm artıqmaq, həm də vəhşi təbiətdə populyasiyasını artırmaq üçün hərtərəfli və effektiv strategiyalar hazırlamaq səylərinin bir hissəsidir.

KACST-nin Omanın Nizva Universiteti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində tədqiqat qrupu Ərəb bəbiri üçün ilk yüksək keyfiyyətli istinad genomunu uğurla istehsal edib və onu qlobal Biotexnologiya İnformasiya Mərkəzinin (NCBI) məlumat bazasına yerləşdirib.

Bu, bütün dünyada tədqiqatçılar üçün genetik məlumatlara açıq çıxış imkanı verir və genetik qorunma üzrə gələcək tədqiqatları dəstəkləyir.

Bu addım Krallığın ekoloji dayanıqlığını təmin etmək, biomüxtəlifliyi qorumaq və ekosistemləri qorumaq üçün Səudiyyə Vision 2030-un məqsədlərinə uyğundur.
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 13:59